Rusiyanın Sverdlovsk vilayətinin Novouralsk şəhərində yerləşən Uralsk elektro-kimya kombinatında heksa-florit uran balonundan sızma olub, nəticədə bir nəfər ölüb.
NUHÇIXAN xəbər verir ki, məlumatı Rusiya KİV yayıb.
Bildirilib ki, fövqəladə vəziyyətin nəticələri ixtisaslaşmış bölmələr tərəfindən aradan qaldırılır.
Məlumata görə, Uralsk elektro-kimya kombinatı Rusiyanın “Rosatom” şirkətinin bir hissəsidir. Bu, atom elektrik stansiyalarının nüvə yanacağına olan tələbatını ödəmək üçün uranın zənginləşdirilməsi üzrə dünyanın ən böyük müəssisəsidir. Hazırda Rusiyanın ayırma imkanlarının 48 faizi onun texnoloji binalarında cəmləşib.