Yelisey çölündə Emmanuel Makronu fitə basıblar

A- A A+

Fransa Prezidenti Emmanuel Makron Yelisey çölündə kütlə tərəfindən fitə basılıb.

NUHÇIXAN Fransanın BFMTV kanalına istinadən xəbər verir ki, hadisə dövlət başçısının Bastiliyanın alınması ilə bağlı keçirilən hərbi parada Yelisey çölü ilə hərəkət edərkən baş verib.

Əraziyə toplaşan insanların bəziləri E.Makronu istefaya çağıran şüarlar səsləndiriblər.

Xatırladaq ki, ötən ilin yazında Fransa Prezidentinin üzərinə pomidor atılmışdı. Hadisə onun Paris yaxınlığında yerləşən Surgi bələdiyyəsinin sakinləri ilə görüşü zamanı baş vermişdi. Dövlət başçısı böyük izdihamın ortasında, mühafizəçilərin əhatəsində olarkən ona pomidor atılıb.

Qeyd edək ki, iyunun sonu - iyulun əvvəlində Fransada iğtişaşlar baş verib. İğtişaşların səbəbi Parisətrafı qəsəbələrdə 17 yaşlı əlcəzairəsilli Nahel Merzukun polis tərəfindən qətli olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: