ABŞ-də kütləvi qətllərin sayına görə antirekord qeydə alınıb

A- A A+

ABŞ-də 2023-cü ilin ilk altı ayında azı 28 kütləvi qətl hadisəsi baş verib ki, bu da 2006-cı ildən bəri ən yüksək göstəricidir.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə “Associated Press” xəbər verib.

Qeyd olunur ki, ölkə əvvəlki antirekordu 2022-ci ilin ikinci yarısında müəyyən edib. Sonra ABŞ-də 27 kütləvi qətl hadisəsi baş verib.

“Associated Press”in məlumatına görə, bu il baş verən 28 belə qətl hadisəsindən 27-si odlu silahla törədilib. Daha bir faciə yanğın nəticəsində baş verib. Belə hadisələr nəticəsində azı 140 nəfər həlak olub.

Bundan əvvəl ABŞ-nin Ohayo ştatının Klivlend şəhərində baş verən kütləvi atışma nəticəsində azı 9 nəfər güllə yarası alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: