BMT: Qara Dəniz Taxıl Təşəbbüsü ilə bağlı müzakirələr davam edir

A- A A+

"BMT baş katibinin Qara Dəniz Taxıl Təşəbbüsünün müddətinin uzadılması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı məktubunun cavabını gözləyirik".

NUHÇIXAN-ın məlumatına görə, bunu BMT baş katibinin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında deyib.

Sözçü bildirib ki, BMT-nin iyulun 17-dən müddəti bitən müqavilənin uzadılması üçün fəaliyyətləri davam edir: "Müzakirələr aparılır. Biz Rusiyadan məktubun cavabını gözləyirik. Həftə sonu həmin məsələnin bu və ya digər şəkildə nəticələnəcəyini düşünürük".

Xatırladaq ki, BMT və Türkiyə Qara Dəniz Taxıl Təşəbbüsü ilə Moskvanın Qara dəniz limanlarını bloklaması ilə bağlı yarn biləcək qlobal ərzaq qıtlığının qarşısının alınması məqsədilə 2022-ci ilin iyulunda Ukrayna və Rusiya arasında razılaşmanın vasitəçilyini ediblər. Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Ukrayna və Rusiya dünyanın aparıcı taxıl ixracatçılarıdır. Daha öncə bir neçə dəfə uzadılan müqavilənin müddəti iyul 17-də başa çatacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: