Rusiya FTX: Marqarita Simonyan və Kseniya Sobçakı öldürmək istəyən şəxslər həbs olunub

A- A A+

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) “RT" telekanalının baş redaktoru Marqarita Simonyan və jurnalist Kseniya Sobçaka qarşı planlaşdırılan sui-qəsdin qarşısını alıb.

NUHÇIXAN “TASS”-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya FTX yayıb. Məlumatda bildirilib ki, "iyulun 14-də Moskva və Ryazan vilayətində kəşfiyyat aparan "Paraqraf-88" - neonasist qruplaşmasının üzvləri saxlanılıb".

İddia olunub ki, həmin şəxslər Ukrayna Təhlükəsizlik Xidmətinin tapşırığı ilə hərəkət ediblər. “Onlar hər qətlə görə 1,5 milyon rubl mükafat alacaqlarını təsdiqləyiblər", - deyə FTX-nin yaydığı məlumatda bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: