Türkiyə istehsalı “Bayraktar” TB2 zərbə PUA-ları Kosovo Silahlı Qüvvələrinin arsenalına daxil olub.
NUHÇIXAN xəbər verir ki, bu barədə Kosovonun Baş naziri Albin Kurti bildirib.
“Ordumuzun arsenalını hökumət olaraq Türkiyədən aldığımız “Bayraktar” TB2 pilotsuz uçuş aparatları ilə təmin etdik. İki illik hökumət dövründə ordunun sayını 80 %-dən çox artırdıq, ordunun büdcəsini isə 100 %-dən çox”, - siyasətçi feysbukda yazıb.
Onun sözlərinə görə, Kosovo “daha da təhlükəsiz” olub.