Krım körpüsündə baş verən partlayış nəticəsində azı iki nəfər ölüb.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə "Baza” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, körpüdə baş verən partlayış nəticəsində Rusiya Federasiyasının Belqorod vilayətindən olan turistlərin olduğu avtomobilə ziyan dəyib, 1 nəfər xəsarət alıb.
Daha əvvəl, Krımın qondarma “rəhbəri” Sergey Aksenov teleqramda bildirib ki, fövqəladə vəziyyətlə əlaqədar körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.
"Krasnodar diyarı istiqamətində, 145-ci dayaq məntəqəsində fövqəladə hadisə baş verib. Hüquq-mühafizə orqanları və bütün cavabdeh qurumlar ərazidə işləyir", - o deyib.
Hadisənin təfərrüatları açıqlanmır.