ASELSAN düşmən raketlərini lazerlə zərərsizləşdirəcək

A- A A+

Türkiyənin ASELSAN şirkəti çiyindən atılan (MANPAD) raketlərin axtarış başlıqlarını lazerlə kor edərək zərərsizləşdirəcək.

NUHÇIXAN “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyənin ASELSAN şirkəti 25-28 iyul tarixlərində İstanbulda keçiriləcək 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF 2023) YILDIRIM-100 sistemini (DIRCM) ilk dəfə nümayiş etdirəcək.

Çiyindən atılan raketlərin axtarış başlıqlarına lazerlərlə müdaxilə edəcək sistem və hazırlanacaq həllər, başda helikopterlər olmaqla aviasiya vasitələrinin təhlükəsizliyini artıracaq. Bununla da ASELSAN şirkəti çiyindən atılabilən daşınan zenit raket komplekslərinə və digər istiliyə doğru hərəkət edən idarəolunan raketlərə qarşı tam qorunmanı təmin edən, dünyada yalnız bir neçə ölkənin sahib olduğu istiqamətləndirilmiş infraqırmızı mübarizə sistemini Türkiyəyə qazandırıb.

YILDIRIM-100 platformada müxtəlif raket xəbərdarlığı sistemləri və alov atıcıları ilə inteqrasiyada işləyir. Dəqiq kamera sistemi ilə təchiz edilmiş YILDIRIM-100 qülləsi yaxınlaşan idarə olunan raketə yüksək güclü lazer enerjisi göndərərək, raketin axtarış başlığını kor edir və raketi yayındırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: