Ərdoğan: "Rusiya Prezidenti ilə "Taxıl sazişi"nin uzadılmasını yenidən müzakirə edəcəyik"

A- A A+

"Rusiya Prezidenti Vladimir Putinlə "Taxıl sazişi"nin uzadılmasını yenidən müzakirə edəcəyik. Putinin "Taxıl sazişi"nin uzadılmasını istədiyini bilirəm".

NUHÇIXAN xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz ölkələrinə səfəri zamanı bildirib. "Taxıl sazişi ilə bağlı Ərdoğan “Səfərdən qayıdanda Putinlə danışacam" deyib.

Onun sözlərinə görə, Rusiya və Türkiyə XİN rəhbərləri də bu məsələ ətrafında danışacaqlar.

R.T.Ərdoğan həmçinin taxıl dəhlizinin açılması üçün V.Putinlə avqustdan əvvəl görüşəcəyini söyləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: