Polşa öz səfirini Rusiyadan geri çağırmağı planlaşdırmır

A- A A+

Polşa Smolenskdə konsulluğun bağlanmasına cavab olaraq öz səfirini Rusiya Federasiyasından geri çağırmağı planlaşdırmır.

NUHÇIXAN xəbər verir ki, Polşa prezidenti dəftərxanasının nümayəndəsi Marçin Pşidaç bu barədə RMF FM radiostansiyasının efirində deyib. Onun sözlərinə görə, indiyə qədər olmayıb ki, Polşa təkbaşına öz səfirini geri çağırsın.

“Almaniya və ya Fransa kimi digər Qərbi Avropa ölkələri öz səfirlərini Moskvada saxlayaraq dialoq aparmağa çalışır. Ya hamımız Avropa İttifaqı olaraq orada qalırıq, ya da səfirləri birlikdə geri çağırırıq”, - deyə Marçin Pşidaç jurnalistin Smolenskdəki konsulluğun bağlanmasına Polşanın reaksiyası barədə sualına cavab olaraq bildirib.

Qeyd edək ki, Moskva Varşavanın Rusiya əleyhinə fəaliyyətinə cavab olaraq Polşanın Smolenskdəki konsulluğunu bağlayıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: