“Zaporojye Atom Elektrik Stansiyasında (AES) potensial insident təhlükəsi hələ də qalmaqdadır”.
NUHÇIXAN xəbər verir ki, bunu BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Dikarlo deyib.
Onun sözlərinə görə, son bir neçə gün ərzində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin mütəxəssisləri AES-dən müəyyən məsafədə silsilə partlayışlar eşidiblər:
“Bu, hərbi münaqişə zamanı obyekti təhdid edən potensial nüvə təhlükəsizliyi risklərinin aydın xatırladılmasıdır”.
Zaporojye Avropanın ən böyük Atom Elektrik Stansiyasıdır. 2022-ci ilin fevral ayının sonunda Ukraynaya məxsus obyekt Rusiya ordusu tərəfindən nəzarətə götürülüb.