Ukraynanın cənubuna raket zərbələri endirilib, Odessada liman infrastrukturuna ziyan dəyib

A- A A+

İyulun 18-nə keçən gecə Rusiya Ukraynanın cənubunu atəşə tutub, infrastruktur obyektlərinə və şəxsi təsərrüfatlara ziyan dəyib, bir nəfər yaralanıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə "Cənub" Əməliyyat Komandanlığı məlumat yayıb.

Bildirilir ki, hava hücumundan müdafiə qüvvələrini müəyyən etmək və tükəndirmək üçün Rusiya bir neçə dron dalğası göndərib. Bundan sonra Odessada Qara dənizdən 6 “Kalibr” raketi atılıb.

“Bütün raketlər hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib”, - deyə məlumatda bildirilir.

Odessada vurulan raketlərin parçaları liman infrastruktur obyektlərinə, bir neçə fərdi evə ziyan vurub. Yaşlı kişi öz evində xəsarət alıb, xəstəxanaya yerləşdirilib. Nikolaevdə sənaye obyektinə də zərbə nəticəsində yanğın olub.

Ümumilikdə 21 "Şahed-136" Odessa vilayətində, daha 4-ü isə Nikolayev vilayətinin səmasında məhv edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: