Tezliklə Ermənistan Müdafiə Nazirliyinin daha bir neçə hərbi hissə komandiri həbs olunacaq.
NUHÇIXAN xəbər verir ki, bunu “Joxovurd” qəzeti yazıb.
Ölkənin Korrupsiyaya qarşı Mübarizə Komitəsinin açıqlamasında qeyd edilib ki, hərbi hissə komandirlərindən biri “Massi yaz geyim fabriki”nin direktoruna himayədarlıq etmək məqsədi ilə ondan 1 9500000 dram (50 000 dollara yaxın) məbləğində rüşvət tələb etdiyi üçün həbs edilib.
Bildirilib ki, bu, komitənin aşkarladığı yeganə hadisə deyil.
Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində Ermənistan Müdafiə Nazirliyində bir çox komandirin pul qarşılığında əsgərlərin xidməti yerlərinin dəyişdirilməsi ilə bağlı cinayətkar şəbəkəsi də aşkarlanıb.
Belə bir mütəşəkkil cinayətkar dəstə Ermənistanın Ararat vilayətində də aşkar edilib: “Tezliklə daha çox komandir həbs olunacaq”.