Türkiyənin xarici işlər naziri Hakan Fidanla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
NUHÇIXAN xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.
Nazirlər “Taxıl sazişi”nin gələcəyini müzakirə ediblər.
H.Fidan və S.Lavrov telefon danışığı zamanı, Rusiyanın Türkiyəyə meşə yanğınlarında istifadə edilən irihəcmli yanğınsöndürən təyyarə göndərməsi barədə fikir mübadiləsi aparıblar.
Türkiyənin XİN başçısı bu gün BMT-nin Baş katibi Antoniu Quterreş ilə də telefon danışığı aparıb. Onlar “Taxıl sazişi” ilə bağlı son hadisələri müzakirə ediblər.
Qeyd edək ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tuturdu.
İyulun 17-də Rusiya sazişin dayandırıldığını açıqlayıb.