Robert Koçaryanın ailə üzvləri Baş Prokurorluğa çağırılıb

A- A A+

Ermənistanın eks-prezidenti Robert Koçaryanın ailəsinin bütün üzvləri, o cümlədən gəlinləri Baş Prokurorluğun Qanunsuz Əldə Olunmuş Əmlakın Müsadirəsi İdarəsinə çağırılıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə rəsmi bildirişlərin yerləşdirildiyi “Azdarar” portalı məlumat yayıb.

Qeyd edək ki, Ermənistanın Antikorrupsiya Məhkəməsi Baş Prokurorluğun vəsatəti əsasında Robert Koçaryan və ailə üzvlərinə məxsus əmlaklara həbs qoyub. Söhbət 20 daşınmaz əmlak, 2 avtomobil, ümumi məbləği 1,5 mln. dollar olan vəsait və 10 mlrd. dramlıq qiymətli kağızlardan gedir. R.Koçaryanın ölkədəki və xarici şirkətlərdəki payları da bura daxildir.

Xatırladaq ki, R.Koçaryan 1998-2008-ci illərdə Ermənistanın prezidenti olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: