Cənubi Koreyada sel və torpaq sürüşməsində ölənlərin sayı 44 nəfərə çatıb

A- A A+

Cənubi Koreyada intensiv yağışlar nəticəsində yaranan sel və torpaq sürüşməsində ölənlərin sayı 44 nəfərə çatıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə ölkənin Milli Xilasetmə Xidmətindən bildirilib.

Cənubi Koreyanın cənubunda yerləşən Könsan-Pukto əyalətinin itkin düşmüş sayılan 3 sakinin meyitləri aşkarlanıb.

Məlumata görə, təbii fəlakət bölgələrindən təxliyə olunan 5 600 nəfər müvəqqəti olaraq 15 şəhərdə yerləşdirilib.

Əkin üçün yararlı 316 ha sahə su altında qalıb. 39 tarixi abidəyə ziyan dəyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: