Sakit okean regionunda bu il dördüncü tropik qasırğa olan “Talim”in mümkün fəsadlarına görə Çində 230 min nəfər təxliyə edilib.
NUHÇIXAN Çinin səlahiyyətli qurumlarının açıqlamasına istinadla xəbər verir ki, təxliyə olunanlar Quandon vilayətinin sahil qəsəbələrinin sakinləridir. Qasırğa ilə əlaqədar Quandon vilayətində fövqəladə hazırlıq səviyyəsi 2-ci dərəcəyə yüksəldilib. Tədris və istehsal prosesi dayandırılıb, turizm, əyləncə-istirahət mərkəzləri bağlanıb, balıqçı gəmiləri sahilə geri çağırılıb.
Qasırğanın qonşu Quansi Cuan muxtar rayonunda da təsirli olacağı gözlənilir.
Qeyd edək ki, qasırğa Tayvan və Haynan adalarına, Honkonq xüsusi inzibati ərazisinə, habelə Çinin cənub sahillərinə leysan və güclü külək gətirib. Bu səbəbdən gəmi, qatar və təyyarə səfərləri ləğv edilib.