Kolumbiyada daşqın nəticəsində 14 nəfər ölüb, magistral yol bağlanıb.
NUHÇIXAN “Associated Press”ə istinadən xəbər verir ki, Kolumbiyanın cənub-şərqində şiddətli yağışlardan sonra çayın daşması nəticəsində sel və torpaq sürüşməsi meydana gəlib, 20 ev torpaq altında qalıb. Əraziyə xilasedici qüvvələr cəlb edilib.
Hadisə nəticəsində 14 nəfərin öldüyü, xeyli insanın itkin düşdüyü bildirilib. Bundan əlavə, paytaxt Boqotanı ticarət üçün əhəmiyyətli olan Villavicencio bölgəsinə bağlayan körpü dağılıb.
Hazırda xilasetmə tədbirləri davam edir.