Antonio Quterreş: "Süni intellektlə nüvə silahları arasında qarşılıqlı əlaqə təhlükəli nəticələrə yol aça bilər"

A- A A+

Nyu-Yorkda BMT-nin Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.

NUHÇIXAN “Global News”a istinadən xəbər verir ki, iclasda BMT-nin Baş katibi Antonio Quterreş inkişaf edən texnologiyaların idarəetməsini asanlaşdırmaq məqsədilə yeni bir təşkilatın yaranmalı olduğu ilə bağlı məsələni nəzərə çatdırıb. Bundan əlavə, süni intellektin yaratdığı potensial risklərə diqqət yönəldilib. Quterreş bildirib ki, süni intellektlə nüvə silahları, biotexnoloji, nevrotexnoloji və robotik texnologiya arasında qarşılıqlı əlaqə təhlükəli nəticələrə yol aça bilər.

Baş katibin sözlərinə görə, süni intellektin sosial, rəqəmsal, iqtisadi məsələlərdə istifadə edilməsi cəmiyyətə daha çox fayda verəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: