Britaniya kəşfiyyatı: “Rusiya ordusunun hücum tempini bərpa etmək şansı azdır"

A- A A+

“Ukrayna bir ay ərzində Rusiyanın bir il ərzində işğal etdiyi ərazilərdən çox torpaq azad edib".

NUHÇIXAN CNN-ə istinadən xəbər verir ki, bunu Britaniya Kəşfiyyatı İdarəsinin (MI6) rəhbəri Riçard Mur bildirib.

O, Ukraynanın müharibədə qələbə qazanacağına optimist yanaşdığını söyləyib.

Rusiya ordusunun hücum tempini bərpa etmək şansının az olduğunu deyən Britaniya Kəşfiyyat İdarəsinin rəhbəri əmindir ki, məhz Ukrayna müharibənin sonunu müəyyən etməlidir.

Qeyd edək ki, Rusiya və Ukrayna arasında müharibə 2022-ci ilin fevralın 24-də başlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: