Kolumbiyanın bir qrup siyasətçisi təyyarə qəzasında həlak olub

A- A A+

Kolumbiyanın mərkəzində kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində bir neçə siyasətçi həlak olub.

Bu barədə NUHÇIXAN xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, hadisə zamanı “Cessna 210”da olan keçmiş senator, 4 siyasətçi və pilot həyatını itirib.

Yerli hakimiyyət orqanları Villavisensio şəhərindən paytaxt Boqotaya doğru havaya qalxan kiçik mühərrikli təyyarənin Boyaca inzibati regionunda qəzaya uğradığını bildirib.

Səlahiyyətli şəxslər, ölən 5 nəfərin 2013-cü ildə Kolumbiyanın keçmiş prezidenti Alvaro Uribe Velez tərəfindən qurulan Demokratik Mərkəz Partiyasının üzvləri olduğunu qeyd ediblər.

Ölənlərdən birinin 2014-2018-ci illərdə senator olmuş 55 yaşlı Nohora Tovar olduğu bildirilir. Tovar Kolumbiyanın Dominikan Respublikası və Haitidəki səfiri vəzifələrində çalışıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: