Rusiyanın raket zərbələri nəticəsində Çinin Odessadakı Baş Konsulluğuna ziyan dəyib

A- A A+

Rusiya ordusunun Ukraynanın Odessa şəhərinə raket zərbələri endirməsi nəticəsində Çinin Baş Konsulluğunun binasına ziyan dəyib.

NUHÇIXAN xəbər verir ki, bunu Odessa Hərbi Administrasiyasının başçısı Oleq Kiper bildirib.

“Təcavüzkar inzibati və yaşayış binalarının ətrafına, eləcə də Çinin Baş Konsulluğuna ziyan dəyməsi üçün Odessa limandakı infrastrukturu bilərəkdən vurur”, - o qeyd edib.

Xatırladaq ki, Rusiya iyulun 20-də Odessa limanını raket atəşinə tutub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: