İraq hökuməti İsveçin Bağdaddakı səfiri Cessika Svardstryomun ölkədən çıxması haqqında qərar qəbul edib.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə İraq Baş nazirinin ofisindən bildirilib.
İraq hökuməti qeyd edib ki, Quranın Stokholmda yandırılması təkrarlanarsa, rəsmi Bağdad İsveçlə diplomatik əlaqəni tamamilə kəsəcək.