İraq İsveçin “Ericsson” telekommunikasiya şirkətinin lisenziyasını ləğv edib.
NUHÇIXAN INA agentliyinə istinadən xəbər verir ki, bu barədə İraqın Kommunikasiya və İnformasiya Təşkilatı bildirib.
Məlumata görə, İsveçin paytaxtı Stokholmda QuranI-Kərimə hörmətsizliyə etiraz olaraq İraq hökuməti “Ericsson”un lisenziyasını geri çağırıb.
Xatırladaq ki, İraq hökuməti İsveçin Bağdaddakı səfiri Cessika Svardstromun ölkə ərazisini tərk etməsinə dair qərar qəbul edib.