Hindistan “Basmati” istisna olmaqla, digər ağ düyü sortlarının ixracına qadağa qoyub

A- A A+

Dünyada düyü ixracının 40 faizini təşkil edən Hindistanın hakimiyyət orqanları “Basmati” istisna olmaqla, təmizlənmiş ağ düyü sortlarının ixracını qadağan edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə ölkənin İstehlakçı Məsələləri və Ərzaq Paylanması Nazirliyi məlumat yayıb.

Qadağan olunmuş sortlar düyü ixracının 25 faizini təşkil edir.

“Basmati” istisna olmaqla, tələb olunan həcmdə ağ düyü sortlarının Hindistan bazarında mövcud olmasını təmin etmək, habelə daxili bazarda qiymət artımını yumşaltmaq məqsədilə Hindistan hökuməti bu sortların ixrac siyasəti qaydalarına dəyişiklik edərək, onların kateqoriyasını “20 faiz rüsumla pulsuz ixrac”dan “qadağan olunmuş”a dəyişdirib”, – məlumatda bildirilir.

Son bir ildə düyünün topdansatış qiyməti 11,5 faiz artıb. Nazirlik “Basmati” istisna olmaqla, ağ düyü sortlarının ixracına qoyulan məhdudiyyətlərin ölkədə qiymətlərin ucuzlaşmasına səbəb olacağını proqnozlaşdırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: