Rusiyanın Minvodı (Mineralnıye vodı) şəhərindən Ermənistanın İrəvan şəhərinə uçan sərnişin təyyarəsi qısa müddətdən sonra geri dönüb.
NUHÇIXAN xəbər verir ki, məlumatı “Aviatorşina” yayıb.
Bildirilib ki, buna səbəb kimi hava gəmisi nasazlığı göstərilib.
Qeyd edək ki, təyyarə Rusiyanın “Azimut” hava şirkətinə məxsusdur.