Biz vaxt çərçivəsi müəyyən etməklə Ukrayna müharibəsinin başa çatması və şərtləri barədə danışmalıyıq. Ümid edirəm ki, gələn il bu vaxt Ukrayna münaqişəsindən bir daha bəhs etməyəcəyik.
NUHÇIXAN xəbər verir ki, İtaliyanın müdafiə naziri Quido Krozetto bu barədə “La Stampa” qəzetinə müsahibəsində deyib.
“İndiyədək Kiyevə hərbi yardımla bağlı bütün öhdəliklərimizi yerinə yetirmişik. Artıq münaqişənin dinc yolla həlli üçün hər cür səy göstərməyin vaxtı çatıb”, - deyə Quido Krozetto bildirib.
İtaliya indiyədək Kiyevə məzmunu məxfi saxlanılan altı paket çərçivəsində silah tədarükü edib. Ekspertlərin hesablamalarına görə, bu məqsədlə 1-1,5 milyard avro vəsait xərclənib. Roma son vaxtlar, o cümlədən investisiyalar vasitəsilə Ukraynanın bərpasından danışmağa üstünlük verir.