Qara dəniz təşəbbüsünün fəaliyyət göstərdiyi müddətdə Ukraynadan dəniz yolu ilə 30 milyon tondan çox taxıl ixrac edilib.
NUHÇIXAN-ın məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Rusiyanın taxıl sazişində iştirakının dayandırılması ilə bağlı keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, həmin dövrdə Ukraynadan quru yolu ilə də eyni miqdarda taxıl ixrac edilib.
Verşinin Rusiya taxıl sazişinə xitam verildikdən sonra yeni taxıl tədarükü marşrutları üzərində işlədiyini də söyləyib.
Diplomat Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracı üçün sanksiyaların geri götürülməsi mexanizminin işləmədiyini, ona görə də Rusiyanın buna reaksiyasının qanuni və ədalətli olduğunu vurğulayıb.
Lavrovun müavini qeyd edib ki, Odessada Rusiya Federasiyasına qarşı terror aktlarının hazırlandığı obyektlərə endirilən zərbələr BMT Katibliyi tərəfindən pislənməməlidir.