Rusiya paytaxtında ticarət mərkəzində partlayış olub, ölənlər var

A- A A+

Rusiya paytaxtında ticarət mərkəzində partlayış olub, ölənlər var.

NUHÇIXAN xəbər verir ki, bu barədə TASS-a fövqəladə hallar xidməti məlumat yayıb.

Hadisə Moskvada “Vremena Qoda” ticarət mərkəzində qeydə alınıb. Belə ki, qaynar su borunun partlaması nəticəsində 4 nəfər ölüb.

Ölənlərin meyitləri ticarət mərkəzinin içərisində tapılıb. Daha 9 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı deyilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: