Əfqanıstanda daşqınlar azı 22 nəfərin həyatına son qoyub

A- A A+

Əfqanıstanın mərkəz hissəsində yerləşən Vardak əyalətində daşqınlar azı 22 nəfərin həyatına son qoyub.

NUHÇIXAN xəbər verir ki, Ariana News telekanalının yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, təbii fəlakət nəticəsində daha 40 nəfər itkin düşüb.

Əyalətin bir neçə rayonunda yüzlərlə ev tamamilə və ya qismən dağılıb, kənd təsərrüfatı əkinlərinə ziyan dəyib. Bölgədə bəzi yollar, o cümlədən Bamiyan şəhərini paytaxt Kabillə birləşdirən avtomobil yolu bağlanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: