Yaponiya çip istehsalı üçün avadanlıqların ixracına məhdudiyyətlər qoyur

A- A A+

Yaponiya hakimiyyəti yarımkeçiricilər və mikrosxemlərin istehsalı ilə bağlı yüksək texnologiyalı avadanlıq və hissələrin ixracına nəzarət tədbirlərini gücləndirib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Bu gündən qüvvəyə minən məhdudiyyətlər ultrabənövşəyi litoqrafiya və digər avadanlıqlar da daxil olmaqla 23 adda məhsula şamil edilib. Bu məhsulların bir sıra ölkələrə, o cümlədən Çinə ixracı üçün Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyindən xüsusi icazə almaq lazımdır. Məhdudiyyətlər dost ölkələrə və regionlara, o cümlədən ABŞ, Koreya Respublikası və Tayvana şamil edilmir.

Agentliyin məlumatına görə, ixrac məhdudiyyətləri təxminən Yaponiyanın 10 şirkətinə təsir edəcək. Eyni zamanda ölkənin İqtisadiyyat Nazirliyi hesab edir ki, biznesə təsir məhdud olacaq, çünki bu, tam embarqo deyil, yalnız yarımkeçiricilərlə əlaqəli qabaqcıl məhsulların məhdud siyahısıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: