Moskvaya dron hücumu olub.
NUHÇIXAN Rusiya mediasına istinadla xəbər verir ki, Komsomolski prospekti 17 ünvanında, binanın yaxınlığında pilotsuz təyyarənin fraqmentləri tapılıb. Hazırda prospekt boyu nəqliyyatın hərəkəti kəsilib. Hadisə yerində fövqəladə hallar və hüquq-mühafizə orqanları işləyir. Həmçinin Lixaçov küçəsində yerləşən biznes mərkəzinin binasını dron vurub.
Məlumatı Rusiya Federasiyasının Müdafiə Nazirliyi də təsdiqləyib.
Hadisə zamanı ölən və ya yaralananların olmadığı bildirilib.