Türkiyənin Ayvalık sahillərində keçirilən əməliyyat zamanı 16 qeyri-leqal miqrant saxlanılıb, 13 miqrant xilas edilib.
NUHÇIXAN “TRT Haber”ə istinadla xəbər verir ki, Sahil Mühafizə Komandanlığının qrupları Lesbos adasına rezin qayıqda keçməyə çalışan 16 qeyri-leqal miqrantı saxlayıb.
Əməliyyat zamanı həmçinin 13 qeyri-leqal miqrant xilas edilərək sahilə çıxarılıb.
Qeyri-leqal miqrantlar müvafiq prosedurdan sonra Balıkesir Miqrasiya İdarəsinə təhvil verilib.