Fici sahillərində 5,9 bal gücündə zəlzələ olub

A- A A+

Fici arxipelaqının cənub sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Avstraliya Dövlət Geoloji Bürosu məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri Viti-Levu adasından 600 kilometr məsafədə, zəlzələnin ocağı 530 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntı barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: