Ukrayna Krım yarımadasına PUA-larla hücum edib

A- A A+

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın ilhaq etdiyi Krım yarımadasına PUA-larla hücumu nəticəsində Cankoy rayonunda silah-sursat anbarında partlayış olub.

NUHÇIXAN BBC-yə istinadən xəbər verir ki, bunu Krımdakı separatçı rejimin başçısı Sergey Aksyonov bildirib.

Onun sözlərinə görə, Cankoy-Somferopol istiqamətində avtomobil və dəmir yolları bağlanıb.

Bildirilib ki, yarımadaya 11 PUA ilə hücum qeydə alınıb.

Qeyd edək ki, bundan əvvəl iyulun 22-də də Krıma PUA-larla hücum olub.

Xatırladaq ki, ötən gecə Rusiyanın paytaxtı Moskva şəhərinə iki dronla hücum edilib. PUA-lardan biri Rusiya Müdafiə Nazirliyi yanında tikilən binaya düşüb.

Ukrayna Baş nazirinin müavini, rəqəmsal nəqliyyat naziri Mixael Fyodrov Krıma və Moskvaya hücumları təsdiqləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: