“Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla hələ təmas qurmağı planlaşdırmır”.
NUHÇIXAN xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov iyulun 24-də keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Putin və Ərdoğan arasında təmaslar hələ planlaşdırılmayıb, lakin istisna da etmək olmaz.
Qeyd edək ki, R.T.Ərdoğan Rusiya tərəfinin təşəbbüsü ilə 2023-cü il iyulun 18-də fəaliyyətini dayandıran “Taxıl sazişi” ilə bağlı Rusiya Prezidenti ilə danışmaq niyyətində olduğunu bəyan edib. Türkiyə, öz növbəsində, Qara dəniz taxıl sazişinin ən qısa zamanda bərpasını gözləyir.
Rəsmi Moskvanın bu ay dördtərəfli (Ukrayna, Türkiyə, BMT və Rusiya) "Taxıl sazişi"ndən çıxması Odessa ətrafında hərbi vəziyyəti gərginləşdirməklə yanaşı, qlobal humanitar böhran təhlükəsi yaradıb.