“Twitter” loqotipini dəyişib

A- A A+

Tviter sosial şəbəkəsi bu gün loqotipini “X” (iks) hərfi ilə dəyişib.

NUHÇIXAN xəbər verir ki, hazırda saytda adət etdiyimiz mavi quşcuğaz əvəzinə “X” hərfi görünür. Bundan başqa, yeni loqotip “Twitter” servisinin Kaliforniyadakı binasına da proyeksiya olunub.

Tviterin sahibi İlon Mask bazar günü bildirmişdi ki, bundan sonra sayta X.com ünvanı vasitəsilə girmək mümkün olacaq və yaxın zamanlarda sosial şəbəkənin loqotipi dəyişəcək.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: