Gürcüstana gələn rusiyalı turistlər çətin vəziyyətə düşüblər

A- A A+

Gürcüstana gələn Rusiya vətəndaşları son günlər maliyyə sıxıntısı keçirərək çətin vəziyyətə düşüblər.

NUHÇIXAN xəbər verir ki, Rusiyanın “Unistream” bank sisteminə ABŞ-nin sanksiya tətbiq etməsindən sonra Gürcüstana səfər edən rusiyalı turistlər pul köçürmədə ciddi problemlərlə qarşılaşıblar.

Bu barədə Rusiya vətəndaşları yerli mətbuata verdikləri müsahibələrində qeyd ediblər.

Onların sözlərinə görə, “Unistream” bank sistemi Rusiyaya pul köçürmək üçün daha asan və sərfəli idi. Lakin bir neçə gün bundan öncə tətbiq edilən sanksiya onların pulsuz qalmasına səbəb olub.

Ekspertlər bildirirlər ki, hazırda rusların Gürcüstana pul köçürmək üçün cəmi iki şansları qalıb. Bu da “Corona” və “Kontakt” sistemləridir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: