BMT nümayəndəsi Odessaya səfər edib

A- A A+

BMT-nin Ukrayna üzrə humanitar koordinatoru Denis Braun Odessaya səfər edib, burada şəhərin tarixi mərkəzinə və Spaso-Preobrajenski kafedralına baxış keçirib.

NUHÇIXAN xəbər verir ki, bu barədə brifinqdə BMT Baş katibinin nümayəndəsinin müavini Farhan Hak bildirib.

“BMT-nin Ukrayna üzrə humanitar koordinatoru Denis Braun bu gün Odessaya səfər edib. İndi o, şəhərin meri və vilayətin qubernatoru ilə birlikdə şəhərin tarixi mərkəzindəki dünya mədəni irsi obyektlərinə və Spaso-Preobrajenski kafedralına keçirilən baxışı başa çatdırır”, - o deyib.

Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitro Kuleba iyulun 23-nə keçən gecə Rusiya ordusunun Odessada UNESCO himayəsində olan ibadət yerlərinə və tikililərə hücum etdiyi barədə açıqlama vermişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: