Çinin ən iri gölünün səthi anomal isti səbəbindən 1070 kvadratkilometr kiçilib

A- A A+

Çinin ən iri gölü olan Poyanın səthinin sahəsi son vaxtlar havaların çox isti keçməsi səbəbindən 1070 kvadratkilometr kiçilib.

NUHÇIXAN Poyan gölünün yerləşdiyi Ciansi vilayətinin hidrologiya departamentinin məlumatına istinadla xəbər verir ki, iyunun 29-da gölün səthi 2590 kvadratkilometr olduğu halda, son günlər bu rəqəm 1520 kvadratkilometrə qədər azalıb.

Anomal isti hava şəraiti ilə əlaqədar göldə suyun səviyyəsi də kəskin azalıb. Göldəki Sinci hidrologiya stansiyasında suyun səviyyəsi 12,19 metrə enib. Nəticədə əvvəllər gözlə görünməyən su altındakı yaşıllıqdan ibarət mənzərə yaranıb.

Gölün suyunun azalması ətraf ərazilərdəki əkin sahələrinə mənfi təsir göstərir.

Qeyd edək ki, Qan, Sin və Siu çaylarının suyu ilə qidalanan Poyan gölü kanal vasitəsilə ölkənin ən iri çayı olan Yantzı ilə birləşdirilib. Gölün sahəsi və suyunun səviyyəsi ilin yağıntılı və quraqlıq dövrlərində kəskin dəyişir. Ən dərin yeri 25,1 metrdir. Qış fəslində təxminən yarım milyon köçəri quş, o cümlədən Sibir durnası Poyan gölündə məskən salır. 2002-ci ildən göldə balıq ovu qadağan edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: