Rusiya XİN: “Taxıl Sazişi”nin bərpası Moskvanın iştirakı olmadan mümkün deyil”

A- A A+

"İyulun 17-dən sonra dayandırılan “Taxıl Sazişi”nin bərpası Moskvanın iştirakı olmadan mümkün deyil".

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Verşinin deyib.

O qeyd edib ki, hazırda Qara Dəniz Taxıl Təşəbbüsünün uzadılması ilə bağlı danışıqlar aparılmır. S.Verşinin onu da bildirib ki, NATO Ukraynada Rusiya Federasiyası ilə qarşıdurmada təhlükəli hərəkətlərə cəlb olunur.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı keçirilən iclasında əksər ölkələr Rusiyanı "Taxıl Sazişi"nə yenidən başlamağa çağırıb. Onun müddəti iyulun 17-də başa çatıb və Moskva hələlik iştirakını yeniləmək niyyətində olmadığını açıqlayıb.

Türkiyə Prezidenti R.T.Ərdoğan Rusiya tərəfinin təşəbbüsü ilə fəaliyyətini dayandıran “Taxıl Sazişi” ilə bağlı Rusiya Prezidenti ilə danışmaq niyyətində olduğunu bəyan edib. Türkiyə, öz növbəsində, sazişin ən qısa zamanda bərpasını gözləyir.

Rəsmi Moskvanın bu ay dördtərəfli (Ukrayna, Türkiyə, BMT və Rusiya) "Taxıl Sazişi"ndən çıxması Odessa ətrafında hərbi vəziyyəti gərginləşdirməklə yanaşı, qlobal humanitar böhran təhlükəsi yaradıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: