Kiriakos Mitsotakis: Yunanıstan meşə yanğınları ilə müharibə vəziyyətindədir

A- A A+

Yunanıstan Mülki Müdafiə Nazirliyi təbiət yanğınlarının nəzarətdən çıxması səbəbindən Rodos adasındakı Massari və Mallonas kəndlərinin əhalisini Arxangelos qəsəbəsinə təxliyə edib.

NUHÇIXAN xəbər verir ki, Rodos adasında meşə yanğınları artıq bir həftədir davam edir. Dünən yanğınsöndürənlər və könüllülər təyyarə və helikopterlərin köməyi ilə adanın cənubundakı daha iki kənddə yanğının qarşısını almağa çalışıb.

Parlamentdə çıxış edən Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ölkənin təbiət yanğınları ilə müharibə vəziyyətində olduğunu bildirib. Onun sözlərinə görə, güclü külək və isti hava dalğaları yanğınla mübarizəni çətinləşdirir. “Qarşıda bizi daha çətin üç gün gözləyir. Bundan sonra istilərin zəifləyəcəyi proqnozlaşdırılır. Lakin hazırda müharibə vəziyyətindəyik və bütün gücümüzü yanğınla mübarizəyə cəmləməliyik”, - deyə Baş nazir bildirib.

Təbii fəlakət səbəbindən təkcə ötən həftə sonu Rodos adasından 19 min insan təxliyə olunub. Dünyanın ən iri turizm operatoru TUI adaya uçuşları müvəqqəti olaraq dayandırıb. Bir müddət öncə Böyük Britaniyanın “Jet2” aviasiya daşıyıcısı da analoji addım atıb.

Avropa İttifaqının bəzi ölkələri və Türkiyə Rodosun və Yunanıstanın digər adalarının hakimiyyət orqanlarına meşə yanğınları ilə mübarizədə yardım edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: