Politico: Qərb “F-16”dan istifadə üçün ukraynalı pilotların hazırlanması ilə bağlı hələ də razılığa gəlməyib

A- A A+

Vaşinqton və onun müttəfiqləri hələ də ukraynalı pilotların Amerikanın “F-16” qırıcılarından istifadəsinə dair təlimləri ilə bağlı məsələlərdə razılığa gələ bilməyiblər. Buna görə də Kiyev tərəfindən qırıcıların qəbulu ləngiyir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Amerikanın “Politico” nəşri məlumat yayıb.

Qeyd edilib ki, Danimarka və Niderland Ukrayna Silahlı Qüvvələrinin təliminə dəstək verən 11 dövlətdən ibarət koalisiyaya rəhbərlik etsə də, indiyədək heç bir ölkə açıq şəkildə proqram üçün təyyarələr təqdim etməyi öhdəsinə götürməyib.

Nəşrin yazdığına görə, tərəflər ukraynalı pilotların dəqiq harada hazırlanacağına qərar verməli olacaqlar. Seçimlərdən biri onların ABŞ-ın Arizona şəhərində təlim keçməsidir. Qəzetin mənbələrinə görə, bu ideya o qədər də inkişaf etməyib.

Başqa bir plana görə, amerikalı hərbi pilotların ukraynalılara təlim keçmək üçün Avropaya göndərilməsini nəzərdə tutur. ABŞ rəsmiləri deyib ki, heç bir variant istisna edilmir, lakin hələlik yekun qərar verilməyib. “Biz bu planı həyata keçirməyin ən praktik yolunu müəyyən etmək üçün tərəfdaşlar və müttəfiqlərlə işləyirik”, - deyə mənbələrdən biri izah edib.

Bununla belə, bir müddət əvvəl ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinq bildirmişdi ki, təlimin yayda Avropada başlaması planlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: