Ukrayna Təhlükəsizlik Xidməti Krım körpüsünü partlatdıqlarını etiraf edib

A- A A+

"Ukrayna Təhlükəsizlik Xidməti (UTX) 2022-ci ilin oktyabrın əvvəlində Krım körpüsünə hücumu təşkil edib".

NUHÇIXAN "RBK-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə məlumatı UTX-nin rəhbəri Vasili Malyuk bildirib. Həmin hücum nəticəsində körpü ciddi şəkildə zərər görmüşdü.

Bildirib ki, müxtəlif xüsusi əməliyyatlar həyata keçirilib. "Onların bəziləri haqqında qələbədən sonra danışa bilərik. Bəziləri barədə isə ümumiyyətlə danışmayacağıq. Reallaşdırdığımız əməliyyatlardan biri 2022-ci il oktyabrın 8-də Krım körpüsünün dağıdılmasıdır",- deyə Malyuk vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: