Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti İŞİD-in iki üzvünü həbs edib

A- A A+

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Terrorla Mübarizə Mərkəzi İŞİD-in iki üzvünü həbs edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Gürcüstan DTX məlumat yayıb.

Bildirilir ki, DTX-nin Terrorla Mübarizə Mərkəzi Gürcüstanın iki rayonunda xüsusi əməliyyat-axtarış tədbirləri həyata keçirib. Nəticədə terror cinayəti ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində iki nəfər Gürcüstan vətəndaşı saxlanılıb.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində terror təşkilatının rəmzləri olan bayraqlar və müxtəlif növ elektron daşıyıcılar aşkarlanıb. Eyni zamanda saxlanılan şəxslərin yaşayış yerlərindən döyüş sursatı, partlayıcı qurğular və partlayıcı götürülüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: