Türkiyə 1 milyon qaçqının Suriyaya qayıtmasını təmin edəcək

A- A A+

Türkiyə öz ərazisində yerləşən 1 milyona yaxın qaçqının Suriyaya qayıtmasını təmin etməyi planlaşdırır.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Polis Akademiyasında keçirilən buraxılış mərasimində çıxış edərkən bildirib.

“Qaçqınların vətənlərinə qayıdışı Suriyada təhlükəsizlik və sabitliyin səviyyəsi artdıqca davam edəcək. Bu günə kimi 600 mindən çox məcburi köçkün ölkəyə qayıdıb, biz 1 milyon qaçqının öz vətənlərinə qayıtmasını təmin etməyi planlaşdırırıq”, - deyə Türkiyə Prezidenti söyləyib.

Xatırladaq ki, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya hazırda respublikada 4,9 milyona yaxın qaçqının yaşadığını və onlardan 3 milyonunun Suriya vətəndaşı olduğunu qeyd etmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: