Nigerdə hərbçilər prezidenti vəzifədən kənarlaşdırıb və sərhədləri bağlayıblar

A- A A+

Niger Respublikasında hərbçilər prezident Məhəmməd Bazumu vəzifədən kənarlaşdırıb və ölkənin sərhədlərini bağlayıblar.

NUHÇIXAN xəbər verir ki, bu barədə Reuters agentliyi hərbçilərin milli televiziyada səsləndirdiyi bəyanata istinadla məlumat yayıb. “Ölkənin sərhədləri bağlıdır, ümummilli komendant saatı elan edilir”, - deyə bəyanatda bildirilib. Qiyamçılar, həmçinin ölkədəki bütün qurumların fəaliyyətini dayandırdığını elan ediblər.

Al Hadath telekanalının məlumatına görə, hərbçilər hökumət nümayəndələrinin fiziki toxunulmazlığına zəmanət verən bəyanat da yayaraq əlavə ediblər ki, “təhlükəsizlik, iqtisadi və sosial vəziyyətin pisləşməsi səbəbindən bu sistemə son qoymaq” qərarına gəliblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: