Pakistanda musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində azı 150 nəfər həlak olub, 300-ə yaxın insan isə xəsarət alıb.
NUHÇIXAN “The News International” qəzetinə istinadla xəbər verir ki, Pakistanın Təbii Fəlakətlərlə Mübarizə İdarəsinin məlumatına görə, ən çox ölüm halı Pəncab əyalətində qeydə alınıb – 66 nəfər. Yağışlar və daşqınlar əyalətdə onlarla evi dağıdıb və kənd təsərrüfatına ciddi zərər vurub. Lahor və Ravalpindi şəhərlərinin bəzi rayonları su altında qalıb.
Hayber-Paxtunxva əyalətində isə yağışlar, torpaq sürüşmələri və ildırım 47 nəfərin həyatına son qoyub. Eyni zamanda, ölkənin qərbində yerləşən Bəlucistan və cənub-şərqində yerləşən Sind əyalətlərindən də insan tələfatı ilə bağlı xəbərlər gəlir.