Rusiyanın tərkibində olan Altay Respublikasında Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 10 nəfərə çatıb.
NUHÇIXAN “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə respublikanın Ust-Koksinski rayonunun administrasiyası məlumat yayıb.
Xəsarət alanların yaxınlıqdakı xəstəxanaya yerləşdiriləcəyi bildirilir.
Xatırladaq ki, qəzaya səbəb elektrik naqillərində yaranan nasazlıq olub. Ölənlərin mülki şəxs və ya hərbçi olduğu bilinmir.