Gürcüstan Prezidenti Salome Zurabişvili ölkəsinin işğal altındakı Abxaziya regionundakı separatçı “parlament”in Suxumi hava limanını Rusiyaya vermək qərarını pisləyib.
NUHÇIXAN xəbər verir ki, Salome Zurabişvili bu barədə tviter paylaşımında qeyd edib.
“Mən müvəqqəti işğal altındakı Abxaziyanın “parlamenti”nin strateji lokasiyanı – Suxumi hava limanını Rusiyaya nəql etmək qərarını şiddətlə qınayır və buna etiraz edirəm”, - Prezident qeyd edib.